“Bəli, müxalifət artıq iflasa uğrayıb” RƏY-ÖZƏL

“Bəli, müxalifət artıq iflasa uğrayıb” RƏY-ÖZƏL

"Normal demokratik cəmiyyətlərdə müxalifətin olması zəruridir". Bunu SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, yəni Azərbaycanda da müxalifət var, lakin bizim müxalifət iki hissəyə bölmək olar: "Birinicisi, qanunlarımız, konstitusiyamız çərçivəsində fəaliyyət göstərən və bu gün onların böyük bir qisim də parlamentdə təmsil olunur və Prezident İlham Əliyevin qeyd etdiyi kimi bizim ölkəmizin tarixində də ilk dəfə olaraq parlamentin rəhbərliyində, komitələrin rəhbərliyində həmin o normal müxalifətin nümayəndələri də təmsil olunubdur. Bunun özü də bu gün cəmiyyətimiz də yeni bir siyasi ovqat formalaşdırıb, normal iqtidar müxalifət münasibətlərinin düzgün axarda gedilməsi üçün bir zəmin yaradıbdır. İkincisi isə, çox təəssüflər olsun ki, müxalifət düşərgəsində radikal, dağıdıcı qanadda var, onlar uzun illərdir ki, Azərbaycanda dağıdıcılıq, pozuculuq fəaliyyəti ilə məşğuldurlar. Onlar Azərbaycanda gedən bütün müsbət proseslərə ləkə yaxmaqla, böhtan atmaqla məşğuldurlar. Təbii ki, radikal müxalifətin cəmiyyətdə heç bir dəstəyi yoxdur, yalnız bir qrup adamlar xarici havadarlarından aldıqları sifarişləri sosial şəbəkələrdə ağızlarına gələni danışmaqla, ağa qara deməklə, Azərbaycanda görülən, aparılan böyük işlərin, islahatların üzərinə kölgə salmaqla yerinə yetirirlər. Lakin sözügedən qüvvələrin cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur. Artıq cəmiyyət çoxdan onları özündən uzaqlaşdırıb və onlar artıq çoxdan iflasa uğrayıblar. Lakin bu sosial şəbəkələrin mövcud olmağı və sosial şəbəkələr vasitəsi ilə xüsusilə də bəzi internet televiziyalar mövcuddur ki, o televiziyalarda heç kəsə sirri deyil ki, xarici ölkələrdə anti-Azərbaycan dairələr tərəfindən maliyyələşirlər. Yəni o kanallar Azərbaycanda deyil, əksəriyyəti xarici ölkələrdən yayımlanır. Baxmayaraq ki, onlar ölkəmizlə bağlı ağızlarına gələni danışır. Amma Azərbaycan cəmiyyəti onları dəstəkləmir. Bəli Prezident İlham Əliyevin dediyi kimi müxalifət artıq iflasa uğrayıb, onların cəmiyyətdə heç bir çəkisi, sözü, siyasi təsiri yoxdur və onlar özləri-özlərinin bu cür addımları və fəaliyyətləri ilə gətirib uçurumun dibinə salıblar. O uçurumun dibindən onları heç nə çıxara bilməyəcəkdir. Bir sözlə, radikal müxalifət siyasi uçurumun dibindədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə