Rәcәb Tayyib Әrdoğan: "2023-cü ildə dünyanın ən böyük iqtisadiyyatından birinə sahib olacağıq” - MÜNASİBƏT

Rәcәb Tayyib Әrdoğan: "2023-cü ildə dünyanın ən böyük iqtisadiyyatından birinə sahib olacağıq” - MÜNASİBƏT
Türkiyәnin baş naziri Rәcәb Tayyib Әrdoğan hәr sahәdә sürәtlә inkişaf edәn Türkiyәnin 2023-cü ildә dünyanın әn böyük 10 iqtisadiyyatından birinә sahib olacağını bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Әrdoğan partiyasının seçki bәyannamәsini açıqlayıb. "Türkiyәdә hәdәf 2023" adını daşıyan bәyannamә qarşıdakı 12 ili әhatә edir. Bәyannamәdә inkişaf etmiş demokratiya, böyük iqtisadiyyat, güclü cәmiyyәt, problemsiz ekologiya vә lider Türkiyә olmaqla 5 әsas başlıq var.
Avropa Birliyinә tam hüquqlu üzvlük üçün çalışmalarını davam etdirәcәklәrini vurğulayan baş nazir R.T.Әrdoğan Orta-Şәrq ilә Türkiyә arasındakı sәrhәdlәrin qaldırılacağını, Balkanlardakı sabitliyә xüsusi önәm verilәcәyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə