Türkiyədə yeni nümayişçilər dalğası peydə olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin İstanbul şəhərində bir qrup yerli çərkəz aksiya keçirib. "Çərkəz Haqları" adlı mitinqdə iştirak edən təxminən 1000-ə yaxın çərkəz ana dillərində təhsil tələbi "Ana dil qürurumuz, vuruşaraq qoruyarıq", "Həmişə, hər yerdə ana dilim çərkəzcə" kimi şüarlar səsləndirib.
"Çərkəz Haqları Təşəbbüsü"nün rəhbəri Meretuko Kənan Kaplan çərkəzlərin rastlaşdığı problemlərdən danışıb: "Biz çərkəzlər yeni sistemin ölkəyə faydalı olacağını fikirləşirik. Bizim əsas problemimiz davam edən assimilyasiya siyasətidir. Biz çərkəzlər dövlətdən bu assimilyasiya siyasətinin dayandırılmasını tələb edirik. Milli kimliyimiz, dilimiz və mədəniyyətimizi inkişaf etdirəcək şərtlərin təmin olunmasını tələb edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB