"Son vaxtlar AXCP sədri Əli Kərimli və trolları Azərbaycanın xalqını sevən, dövlətinə bağlı olan şəxsləri və dövlətçilik maraqlarını daha geniş şəkildə təhqir etməyə başlayıblar. Koronavirus epedemiyasının geniş fürsət aldığı belə bir ağır, çətin bir məqamda Ə.Kərimlinin və trollarının bu cür təhqiredici şər və böhtan xarakterli metodlardan istifadə etmələri onların xarici maraqlı dairələrdən sərt tapşırıqlar aldıqlarını göstərir". Bunu “Səs” qəzetinə açıqlamasında millət vəkili Azər Badamov deyib.
Millət vəkili bildirib ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna almaqla hətta müharibələr, inqilablar də dünyanın siyasi gündəmindən uzaqlaşıb: “Bu ağır zamanda dünya ölkələrində bütün siyasi qüvvələr, müxalifət və ya iqtidar olmasından asılı olmayaq dövlətçilik və vətəndaşların sağlamlıqlarını hər şeydən üstün tutaraq pandemiyaya mübarizəyə cəlb olunub. Bu gün dünyanın gündəmində yeganə bir problem, koronovirusla mübarizə mövzusu dayanır. Təbii ki, Azərbaycan da dünyanın bir parçasıdır və dövlətimiz Prezident İlham Əliyevin tapşırıqları və rəhbərliyi altında bu ümumi bəşəri bəlaya qarşı effektiv mübarizə aparır və ÜST–ü da bizi nümunə kimi dünyaya təqdim edir. Burda bir sual meydana çıxır: Azərbaycan vətəndaşlarının sağlamlığına, dövlətçiliyinə, müstəqilliyinə kimlər sevinir? Birmənalı şəkildə qeyd etmək olar ki, ölkənin gələcəyini düşündürən ölkə vətəndaşları və bizə hörmətlə yanaşan dost ölkələr. Yenə bir sual olunur: Bütün dünya və özünü Azərbaycanlı adlandıranların hamısı xalqımızı və dövlətimizi sevirmi? Təbii ki, yox”. Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanı istəməyən, müstəqilliyini əlindən almaq istəyən, ölkəni parçalamaq istəyən, xalqına düşmən və bundan xeyir qazanmaq istəyən qüvvələr kifayət qədər çoxdur: “Dövlət başçımız da qeyd edir ki, bizə konstruktiv müxalifət lazımdır. Belə müxalifət dövlətə, xalqına yox, siyasi hakimiyyətə qarşı olmalıdır. Eyiblərini və çatışmamazlıqlarını ifadə etməli, iqtidardan daha səmərəli və ölkənin işıqlı gələcəyinə hesablanmış planlarını təqdim etməlidir. Bu gün siyasi hakimiyyətin apardığı siyasi islahatların kökündə də bu məqsəd dayanır. Siyasi partiyaların rəhbərləri ilə dialoq, parlamentdə təmsil olunan müxalif partiyaların nümayəndələrinin Milli Məclisin və komitələrin rəhbərliyində təmsil olunmaları da yeni bir dövrə qədəm qoyduğumuzun göstəricisidir: Yenə bir sual olunur. Bizdə dəyişilməyən nədir? Təbii ki, buna bir cavab var: Bu, Əli Kərimli və onun ətrafıdır. Ə.Kərimli və ətrafında olanlar 28 ilə yaxın bir dövrdür ki, dəyişilmir, inkişaf etmir, yenilik ortaya qoya bilmir, tutduğu yoldan çəkilmir və “5-ci kalona” xidmətini davam etdirir. Birinci, onu qeyd etmək istəyirəm ki, xalqını sevən heç kim dünyada pandemiya ilə mübarizədə məhdudiyyətlər tətbiq olunduğu bir zamanda, dövlətimiz bütün gücünü bu mübarizəyə səfərbər etdiyi bir dövrdə, insanların canlı təmasını minimuma endirməyə başladığı bir vaxta xalqa küçələrə çıxmaq çağırışı etmək ən azından öz xalqına qarşı düşmənçilik hesab edirəm. Xaricdə yaşayan trollarını işə salaraq Azərbaycanın atributlarını, dövlətçilik maraqlarını təhqir etmək özünə həyat amalını seçmək ölkənin müstəqilliyinə düşmən olmaq deməkdir. Bu, “5 kalon”un nümayəndələri ölkəmiz üçün həssas vaxtlarda aktivləşmək sanki özlərinə məqsəd qoyublar. 2003-cü il Prezident seçkiləri ərəfəsində, 2011-ci il “Ərəb baharı” dövründə, 2013-cü il prezident seçkiləri ərəfəsində, indi isə koronavirus pandemiyası dövründə öz çirkin niyyətlərini ifadə etməklərində yeganə məqsədi Azərbaycan xalqını və dövlətini məhv etmək istəklərindən ayrı bir şey hesab etmirəm. Bu sülaləni təmsil edənlər birmənalı şəkildə dərk etməlidirlər ki, Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır. “5-ci kalon”un nümayəndələrinə demək istəyirəm ki, Prezident var-gücü ilə öz xalqının sağlamlığına, ölkənin müstəqilliyinin möhkəmlənməsinə və inkişafına çalışır. Artıq reallığı dəyərləndirməyin zamanıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB