BDU-nun ədəbiyyat dərnəyinin ilk iclası keçirilib

BDU-nun ədəbiyyat dərnəyinin ilk iclası keçirilib
Bakı Dövlət Universitetində ədəbiyyat dərnəyinin birinci iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Ekologiya və Torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov da iştirak edib. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev dərnəyin iclasını açaraq iştirakçılara universitetin rektoru, akademik Abel Məhərrəmovun xeyir-duasını və xoş arzularını çatdırıb.

Daha sonra tədbirin qonaqları–cavan ədiblər Nərmin Hüseynzadə, Elvin Bakiroğlu, Kəramət Böyükçel və Aynur Qurbanqızı çıxış ediblər. Natiqlər gənclərin ədəbiyyatda rolu barədə fikirlərini bölüşüb, şeirlər səsləndiriblər. Çıxış edənlər dərnəyin iclaslarının davamlı olacağını deyib və qeyd ediblər ki, əsas məqsəd qeyri-humanitar fakültələrdə təhsil alan tələbələrin ədəbiyyata olan maraqlarının daha da artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə