Dünya bir orqanizmdirsə, ermənilər bu orqanizmin vəbasıdır - ŞƏRH - ÖZƏL

“Ermənilər tarixən dünyada saxta oyunlarla məşğul olublar. Qondarma rejimin Dağlıq Qarabağda keçirdiyi seçkilər də bunun bir nümunəsidir. Təbii ki, bütün dünya ölkələri Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu təsdiqləyir və beynəlxalq hüquqi sənədlərdə də bu öz əksini tapıb”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, siyasi ekspert Vüqar Rəhimzadə deyib.

Ekspertin sözlərinə görə, keçirilən saxta seçkilərin ikici turunun aprelin 14-də keçiriləcəyi barədə məlumat yayılıb: “Bu “seçkiləri” tanımayacağı ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də bəyanat yayıb. Şübhəsiz ki, bu “seçkiləri” bütün dünya yenidən tanımadığını bəyan edəcək. Bu oyunlar onların xarakterini və xislətini bir daha ortaya qoyub. Ümumiyyətlə Ermənistan son dövrlərdə Azərbaycan qarşısında diplomatik uğursuzluqlarını örtbas etmək üçün oyunlar qurub şou göstərməklə məşğuldur. Düşünürəm ki, ATƏT-in Minsk Qrupu, BMT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatlar bir daha bu saxta seçkiləri tanımayacaq və bu “seçkilər” yenidən qınanacaq”.

V.Rəhimzadə vurğulayıb ki, onlar tarixən öz mənfur əməlləri və hiyləgər, riyakar oyunları ilə dünyanı çaşdırmağa çalışıblar: “Erməniləri sağalmaz bir xəstəliyə bənzətmək olar. Hansı ki, o xəstəlik yalnız və yalnız dünyanı narahat etməkdən ibarətdir. Dünya bir orqanizmdirsə, ermənilər bu orqanizmin vəbasıdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə