COVİD-in daha bir təhlükəsi - simtomsuzluq 50-70%!

Sinqapurdan olan alimlər hesab edirlər ki, koronavirusun ötürülməsinin 70% -i simptomsuz daşıyıcılardan da baş verə bilər. SİA xəbər verir ki, bu barədə The Straits Times yazır.

“Aparılan araşdırmalar göstərir ki, COVID-19-a yoluxan 50%-dən 70 %-dək insanlarda heç bir simptom qeydə alınmır və onlar dörd həftə belə bir vəziyyətdə qalaraq, virusun yayılmasına səbəb olurlar”, infeksiya xəstəlikləri üzrə mütəxəssis Lion Noe Nam deyib. Nəşr qeyd edir ki, mütəxəssisinin sözlərinə görə, hətta simptomsuz daşıyıcılar sonda ağır xəstəlik keçirməsələr belə, onlar immunitetləşirlər və bunun üçün bir neçə il keçməlidir.

İnfeksiya xəstəlikləri üzrə milli mərkəzin icraçı direktoru Leo İ Sin hesab edir ki, simptomsuz daşıyıcıların virusu ötürmələri koronavirusla mübarizədə əsas çağırışlardandır. Onun sözlərinə görə, simptomun olmaması, ya da aldadıcı simptom daşıyıcıları sağlamlıqlarından xəbərsiz halda həyat fəaliyyətlərini davam edir və infeksiyanın yayılmasının təhlükəsizliyini dərk etmirlər.

Sinqapurun İnfeksiya xəstəliklərinin öyrənilməsi üzrə proqram rəhbəri Syuy Li Yan isə qeyd edib ki, belə daşıyıcıları müəyyən etmək çox çətindir, ancaq onlar mövcuddurlar. Onun fikrincə, aparılmış kütləvi testlər - xüsusilə Almaniyanın, İslandiyanın, Koreya Respublikasının və Çinin bir hissəsinin səyahət laynerlərində əldə edilən nəticələr belə bir rəyə gəlməyə əsas verir, təsdiq edir.

Qeyd edək ki, bu günə olan məlumata görə, Sinqapurda yoluxanların sayı 2,9 mini keçib, onlardan 9 nəfəri ölüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə