"Qərb bölgəsində narkotikdən istifadə edənlərin 4-5 faizi qadınlardır"

"Qərb bölgəsində narkotikdən istifadə edənlərin 4-5 faizi qadınlardır"

Bu ilin 1-ci rübündə Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində 400-dən artıq narkotik aludəçisi qeydə alınıb. Ötən illə müqayisədə qərb bölgəsində müalicə alan narkotik aludəçilərinin 70 %-i bu bəladan qurtulmuş sayılır.

Qərb bölgəsində əhalinin sayına nisbətdə Qazax, Tovuz, Şəmkir rayonlarında narkomanların sayında artım müşahidə olunub. Dispanserdən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, narkotikdən istifadə edənlərin 4-5 faizi 18 yaşdan yuxarı qadınlardır. Dispanserdə qeydiyyatda olan narkotik istifadəçiləri arasında kişilər əksəriyyət təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə