"OPEC+ sövdələşməsi bazardakı xaosun qarşısını aldı" PESKOV

“OPEC+ razılaşması neft bazarında xaosun qarşının alınmasına və qiymətlərin nisbətən stabil qalmasına kömək etdi”. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.

“Biz hesab edirik ki, əldə olunan sövdələşmə neft bazarındakı xaos sürüşmənin qarşının alınmasına kömək etdi. Bununla yanaşı razılaşma neftin dünya bazarındakı qiymətinin sabit şəkildə qalmasına təsir etdi”. – deyə Peskov qeyd edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, aprelin 9-da hazırkı dövrdə neft hasilatını 9,7 milyon barel azaltmaq barədə razılaşan OPEC+ formatının iştirakçısı ölkələri cari iln ikinci yarısı üçün azaltma həcmini 7,7 milyon barel səviyyəsində müəyyənləşdirib. Daha sonra isə 2022-ci ilin 30 aprel tarixinədək azaltma 5,8 milyon barel miqdarında nəzərdə tutulur.

Qeyd edək ki, hasilatı azaltmaq üçün istinad nöqtəsi 2018-ci ilin oktyabr ayı səviyyəsi, Səudiyyə Ərəbistanı ilə Rusiya üçün isə 11 milyon barel həddi seçilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə