"Azərbaycan iqtisadiyyatı möhkəm əsaslar üzərində qurulub" ÖZƏL - AÇIQLAMA

"Gələcəkdə koronavirus pandemiyası nə qədər davam etsə də, hesab edirəm ki, heç vaxt Azərbaycanda ağır və gərgin vəziyyət yaranmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Azərbaycanda aparılan iqtisadi islahatlardan və iqtisadiyyatın pandemiya ilə mübarizə dövründə stabilliyinin qorunub saxlanılmasından danışarkən deyib.

Komitə sədri bildirb ki, növbəti ildə də Azərbycan iqtisadi stabilliyini qoruyub saxlamağı bacaracaq, buna ölkəmizin ehtiyatları imkan verəcək: "Azərbaycan iqtisadiyyatı çox möhkəm əsaslar üzərində qurulub. Ölkəmizin ehtiyyatları mövcuddur və bu ehtiyatlardan gələcəkdə istifadə edib koronavirus pandemiyası qurtarana kimi əhalimizi iqtisadi cəhətdən təmin edə biləcəyik. Ölkə Prezidenti İlham Əliyev bu istiqamətdə 2,5 milyard manat əlavə vəsait ayırıb. Bu sahibkarların indiki şəraitdə pis vəziyyətdə qalmamaları üçün nəzərdə tutulub. Sahibkarların istehsalatda iştirakına və iş fəaliyyətinə dəstək olmaq məqsədilə addımlar atılıb. Bunların hamısı ona dəlalət edir ki, dövlətimiz bütün qabaqlayıcı tədbirləri görüb. Gələcəkdə koronavirus pandemiyası nə qədər davam etsə də hesab edirəm ki, heç vaxt Azərbaycanda ağır və gərgin vəziyyət yaranmayacaq".

Ölkədə sosial layihələrin də həyata keçirildiyi bildirən millət vəkil bu layihələrin də dayanmayacağını vurğulayıb: "Ölkəmizdə imkan dairəsində sosial layihələr də həyata keçirilir. Bu layihələrin də dayanmayacağını düşünürük. Təbii ki, bu sosial layihələrin içərisində vacibdən vacibi olanlar var. Bunlar həyata keçirilməlidir. Belə bir situasiyada biraz qənaətcilliyə də çalışaq ki, israfçılığa yol verməyək. Lakin, vurğulamaq istərdim ki, bütün bunlar hesablanıb. Bizim lazımı ehtiyatlarımız var. Prezident İlham Əliyevin apardığı iqtisadi-siyasət nəticəsində hesab edirəm ki, ölkəmiz əziyyətə düşməyəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...