Radikal müxalifət partiyalarının ictimai-siyasi sabitliyi pozmaq, ölkədə xaos və anarxiya yaratmağa cəhdlərinə etiraz edən daha 9 partiya təşkilatı özünü buraxıb. "Səs" İnformasiya Agentliyinə daxil olan məlumata görə, Müsavatın Gədəbəy, AXCP-nin Mingəçevir, KXCP-nin Sabirabad, Xaçmaz, Gədəbəy, Ağdaş, ALP-nin Neftçala, Lerik, ADP-nin Gədəbəy rayon təşkilatları fəaliyyətlərini dayandırdıqlarını və özlərini buraxdıqlarını bəyan ediblər.
Xatırladaq ki, 11-dən 15-nə kimi ölkənin 44 şəhər və rayonunda Müsavat, AXCP, AMİP, KXCP, Ümid, ALP, ADP və Xalq partiyasının ümumilikdə 62 rayon təşkilatı özlərini buraxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB