“Əfv Sərəncamı ilə azadlığa buraxılan insanları təftiş etməyin yeri deyil ” RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin 65 yaşı keçən bir qrup məhbusun əfv etməsini təqdir edirəm və bunu humanist addım kimi dəyərləndirirəm". Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.

Onun sözlərinə görə, kimin nə deməsindən və necə düşünməsindən asılı olmayaraq bir nəfərin də azadlığa qovuşması müsbət haldır: "İndi siz görün bu Sərəncamdan neçə ailə sevindi, neçə insanın həyatı virus təhlükəsindən xilas oldu. Onsuz da cəmiyyətdə koronovirusla bağlı bir gərginlik və qorxu hissləri var. Belə bir vaxtda bu əfv həm də müəyyən qədər də olsa müsbət ab-hava yaratmağa kömək edər. Ümid edirəm ki, imkan daxilində daha çox məhbusun azadlığa qovuşması üçün Cənab Prezident bu cür addımlarını davam etdirəcək. Mən indiki halda ən xırda xeyirxah addımların belə yüksək qiymətləndirilməsinin tərəfdarıyam. Məncə əfv Sərəncamı ilə azadlığa buraxılan insanları təftiş etməyin yeri deyil. İlk növbədə insan amilinin nəzərə almaq lazımdır. Təcrübədən də görünüb ki, ən qatı cinayətkar sonrada islah olunaraq cəmiyyətdə normal münsibətlərdə həyatını davam etdirir. Bəlkə də başqa vaxtı əfv sərəncamı ilə azadlığa çıxan keçmiş məhkumlarla bağlı irad və tənqidlər bildirmək olardı. Lakin o zaman bu zaman deyil. Allah bütün günahsız məhkumların qapısını tezliklə açsın".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə