Deputat ifadə dəyişikliyi təklif etdi

“Təklif edirəm ki, karantin rejimi əvəzinə epidemiya əleyhinə rejim ifadəsi istifadə edilsin”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Nizami Səfərov deyib.

O bildirib ki, qanunlar qarşımızda duran hədəflərlə uzlaşmalıdır: “Bu, ölkə başçısının da tövsiyəsidir. Təcili həlli gözlənilən məsələlərlə bağlı qanuna təklif edilən dəyişikliklərin bir oxunuşda qəbul olunması daha məqsədəuyğundur. Bir çox yeni qanunun təcili qəbul edilməsi zərurətini proqnozlaşdırmaq elə də çətin deyil”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...