Zahid Oruc: "Bu gün pandemiya kölgə iqtisadiyyatını üzə çıxarır”

“Ölkə başçısının liderlik gücü ilə yeni hakimiyyət formalaşıb. Hökumət də, Prezident Administrasiyası da yenidir. İndi artıq hökumətin içərisində məmur-oliqarxlar kəskin surətdə azalıb”. SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, pandemiya özümüzü daha real test etmək imkanı verir: “Ona görə də biz 2020-ci ilin reallığında Prezidentin rəhbərliyi altında vahid komanda ilə bu dalğalara qarşı dirəniş göstərməkdən danışa bilirik. Hökumətdə dəyişikliklər olmasaydı, bu gün bizim bu bəşəri çağırış qarşısında dayanmağımız çətin olardı. Ölkə başçısı Mikayıl Cabbarovu qəbul edərkən ona qarşı təzyiqlərin olmasını da xatırlatmışdı. Həmkarlarımız da çıxışlarında bildirdi ki, hələ də əmək müqaviləsiz çalışanlar var. Ancaq burada ikinci mühüm məqam haqsız rəqabətin kölgə iqtisadiyyatına şərait yaratması idi. Bu gün pandemiya kölgə iqtisadiyyatını üzə çıxarır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə