"Status-kvonu legitimləşdirmə cəhdləri baş tutmayacaq" - ÖZƏL RƏY

“Azərbaycanın işğal edilmiş ərazilərində seçki keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğrayıb və işğalçı rejimin özünüifşasına səbəb olub. Beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənisatanın və qondarma rejimin "status-kvo"nu legitimləşdirmək cəhdləri idi, ancaq bu baş tutmadı. Mart ayının 31 də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınanıb və pislənib. Bu bir daha Azərbaycanın ərazi bütövlüyünüyn və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir”. Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Türk Şurası, Qoşulmama Hərəkatı ,Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənisatnın işğalçılıq siyasətinin və status-kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərmiş oldu: “Bu sırada regionun və dünyanın aparıcı milli dövlətlərinin nümayiş etdirdikləri mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır .Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma seçkinin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir”.

H.Babaoğlu vurğulayıb ki, yuxarıda adlarını çəkdiyimiz beynəlxalq və regional təşkilatların o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa və Azərbaycana onlan münasibəti kimi qiymətləndirlə bilər: “Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan , dövlətlərarsı münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir. Ona görə də işğalçı Ermənistan və qondarma rejim seçki şousu yaratmaqdansa, işğal olunmuş ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar. Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...