"Tibbi maska müəssisənin istifadəyə verilməsi uğurlu bir addımdır" ÖZƏL-MÜNASİBƏT

"Koronovirus pandemiyası artıq bütün dünya ölkələrini bürüyüb. Dünya ölkələrinin gündəlik həyat fəaliyyətini artıq bu virus iflic vəziyyətinə salıb. Bu günə kimi tibb elmində hələki bu virusa qarşı hansısa baksin, dərman tapılmayıb və nəticədə görürük ki, 1 milyondan artıq insan bu virusa yoluxub, 10 minlərlə insan həyatını itirib. İnsanların bəzisi ən inkişaf etmiş ölkələrdə belə o ölkələrdə qoyulmuş karantin rejiminə əməl etmir və nəticədə koronovirusa yolxuma insanlar arasında tez yayılır". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti koronovirus pandemiyasına qarşı hələ ilin əvvəlindən çox ciddi, təsirli və davamlı tədbirlər görməyə başladı: "Təbii ki, bütün bunlar hamısı ilk növbədə cənab Prezidentimizin tapşırığı əsasında həyata keçirilib. Hələ bu ilin yanvarın 24-də koronovirusla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Belə ki, bütün növ təhsil müəssisələrinin, iri ticarət müəssisələrinin, obyektlərin, mərkəzlərin, “mall”ların fəaliyyəti dayandırıb və 65 yaşdan yuxarı insanların artıq evdən çölə çıxması qadağan olunub. Bununla belə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Bakı, Abşeron və Sumqayıta gəliş-gediş məhdudlaşdırılıb, həmçinin bir çox dövlət müəssisələrində çalışan əməkdaşların bir aylıq əməkhaqqısı ödənilməklə bir aylıq məzuniyyətə buraxılıblar. Eləcə də xaricdə qalan soydaşlarımızın ölkəmizə gətirilməsi üçün davamlı tədbirlər həyata keçirilib.

Bu günlərdə ölkə başçısının tapşırığı əsasında Nazirlər Kabinetində “Tədbirlər Planı” da təsdiqlənib. Koronovirus pandemiyasına görə dünyada enerji və səhm bazarlarında kəskin dalğalanmanın aradan qaldırılması ilə Azərbaycan iqtisadiyyatına gələcəkdə ehtimal olunan zərərin aradan qaldırılması məqsədilə 2,5 milyard manat vəsait ayrılıb. Bu da hüquqi və fiziki şəxslərə, sahibkarlara ehtimal olunan zərərin aradan qaldırılması, məşğulluğun artırılması, aztəminatlı ailələri sosial problemlərin həllinə istiqamətləndirmək və s. bu kimi virusun verə biləcəyi zərərin aradan qaldırılması məqsədi daşıyır. Həmçinin ölkə başçısı tərəfindən Koronovirusla Mübarizəyə Dəstək Fondu da yaradılıb. Prezidentimiz bir illik əməkhaqqısını da həmin Fonda ianə etdi. Eyni zamanda Mehriban xanım Əliyeva da öz bir illik əməkhaqqısını sözügedən Fonda köçürdü. Bununla yanaşı cənab Prezidentimizin çağırışına bir çox böyük şirkətlər, banklar, ayrı-ayrı ictimai-siyasi xadimlər, hüquqi və fiziki şəxslər, sahibkarlar və digər insanlar da qoşulub. Azərbaycan dövləti çox qabaqlayıcı və vaxtında olan addımarı ölkə rəhbərinin xüsusi tapşırığı əsasında həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışını da etdilər. Dünyada qısa müddət ərzində heç bir ölkədə tibbi maska istehsalı müəssisəsi yaradılmamışdı. İndiki vəziyyətdə bu müəssisənin istifadəyə verilməsi uğurlu bir addımdır".#EvdəQal, #BizBirlikdəGüclüyük

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə