"Səfirliyin açılması Tehranla mövcud dialoqu dalana dirəyir" Erməni şərqşünası

“Mənim üçün birmənalı nəticələr çıxarmaq çətindir”. SİA xəbər verir ki, erməni şərqşünası Vadim Arutnyunovun sözlərini Federal Xəbərlər Agentliyi Ermənistanın İsraildə səfirlik açmaq niyyəti ilə bağlı fikirlərini yayıb.

Arutyunova görə, bir tərəfdən səfirliyin açılması lazımdır, ancaq digər tərəfdən, bu ziddiyyət yaradır: “Ona görə ki, bu bizə mehriban qonşu olan, necə deyərlər, bütün hallarda bizimlə yanaşı qalan Tehranla mövcud dialoqu dalana dirəyir”.

Erməni şərqşünası hökumətdən fərqli olaraq, ictimai rəyin buna qarşı olduğunu da bildirib. “Ermənistanda əsasən, səfirliyin açılmasına qarşı çıxılır, belə ki, bu Yaxın Şərq ölkələri ilə münasibətlərə də zərbə vura bilər”, deyə Vadim Arutyunov qeyd edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...