Bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Kür çayının üzərindən keçən dəmir beton körpüdə iki piltənin sınması ilə uçma təhlükəsi yaranıb.
SİA-nın Aran bürosuna qəza ilə bağlı məlumat verən 34 saylı Yol İstismar İdarəsinin baş mühəndisi Xeyrulla Əzizov bildirib ki, körpü Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 8-ci km-də yerləşir: "Körpü 1962-ci ildə tikilib istifadəyə verilib. O zaman tikilərkən 18 tonluq yük maşınları üçün hesablanıb. 2010-cu ilin iyulun 31-də ağır çəkili yük maşınlarının hərəkətindən körpünün hərəkət hissəsində dəmir beton tavalar yəni piltələrdən çoxusu sınıb. Təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Lakin ağır yük maşınlarının hərəkətinə qadağa qoyulub. Son vaxtlar həmin ağır nəqliyyat vasitələrinin yenidən hərəkətinə icazə veirlməsi 2 piltənin sınmasına səbəb olub və nəqliyyatın hərəkəti tamam dayanıb".
X. Əzizov onu da əlavə edib ki, günün sonuna qədər sınan piltələr yenisi ilə əvəz ediləcək və nəqliyyatın hərəkəti bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB