“Radikal müxalifət heç olmasa Fonda 1 manat köçürə bilərdi” RƏY-ÖZƏL

"Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkan daxilində hər bir vətəndaşın yardım etməsi yaxşı hal olardı" Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, Sevindirici haldır ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım edən insanlar var. Radikal müxalifət partiyalarını təmsil edən partiya sədrləri kifayət qədər maliyyə imkanlarına malikdirlər yəni heç olmasa deyək ki, partiya sədri kimi Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul keçirmək olardı. Yəni böyük dəyərlərdən, həmrəylikdən, insanlara yardım etməyin vacibliyindən danışanlar özləri də bu istiqamətdə addımlar atsınlar. Ancaq reallıq ondan ibarətdir ki, radikal müxalifət heç bir addım atmayıb, nümunə göstərməyib. Bunun fonunda görülən işlərə kölgə salmaq təbii ki, yaxşı hal deyil. Düşünürəm ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxalifət maddi yardım göstərməyib, amma sosial şəbəkələrdə bu cür çıxışlar etməsi yalnış bir haldır. Yəni radikal müxalifət partiyaları heç olmasa Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 manat belə köçürə bilərdilər".

T.Qənioğlu onu da bildirdi ki, radikal müxalifət düşərgəsini təmsil edən partiya sədrlərinin koronavirus epedemiyasının yayılmasından sonra Azərbaycan cəmiyyətini və ictimaiyyətini təhdid edən və şər-böhtanlarını genişləndirən açıqlamalarla çıxış etməsi onların müəyyən sifarişlər yerinə yetirdikləri anlamı yaradır. Bu ağır və çətin bir gündə ictimai maraqlara qarşı bu dərəcədə düşmən mövqeyi sərgiləməyin siyasətçiyə baş ucalığı gətirməyəcək. Ümumiyyətlə, bu cür insanlara fürsətçilər deyirlər. Yəni onların bundan özləri üçün istifadə edərək öz məkrli niyyətlərini həyata keçirməyə çalışmaları düzgün hal deyil. Bir sözlə, dövlət bu virusla əlaqədar olaraq imkanları daxilində vətəndaşlara kifayət qədər yardım göstərir. Hər bir vətəndaşda dövlətin yanında olmalı və dövlətə kömək etməlidir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə