Ankaradakı səfirliyimiz koronavirusla bağlı çox gərgin iş rejimində çalışır Oktay Hacımusalı

“Artıq günlərdir ki, bütün dünyanı öz cənginə alan koronavirus xəstəliyi dolayısı ilə böyük, kiçik demədən bütün ölkələr bu bəlaya, bu müsibətə qarşı mübarizə aparır. Təəssüf ki, bu pandemiya durumu iki dövlət, bir millət olan Azərbaycandan və Türkiyədən yan keçmədi və günlərdir istər Azərbaycanda, istərsə də Türkiyədə səhiyyə işçilərimiz və dövlət qulluqçularımız bütün dünyanı öz cənginə alan bu pandemiyanı ən az zərərlə sovuşdurmaq üçün yorulmadan çalışırlar və onların bu zəhmətləri də ən içdən minnətdarlığa layiqdir”. Sözügedən fikirləri SİA-ya Türkiyədə yaşayıb-fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı bildirib.

Onun sözlərinə görə, hadisələrin lap əvvəlindən Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimin, səfirlik və konsulluq əməkdaşlarının Azərbaycan dövlətinin adından Türkiyədə çətin vəziyyətdə qalan ölkə vətəndaşlarına etdiyi yardımlar, verdiyi dəstəklər təqdirəlayiq haldır: “Bu pandemiyanın xalqımızın müqəddəs bayramlarından olan Novruz bayramı ərəfəsi və sonrası ortaya çıxması da əməkdaşların işini bir xeyli çətinləşdirdi ki, buna baxmayaraq həta özləri bayram keçirməsələr belə yenə də çətin vəziyyətdə olan vətəndaşlarımızın yardımına yetişdilər və İstanbul Havalimanından tranzit kimi istifadə edən vətəndaşlarımızın da ölkəyə sağ-salamat çatmalarını təmin etdilər. Sosial şəbəkələrdə hesablardan səfirliyimiz və şəxsən cənab səfirimiz davamlı olaraq vətəndaşlarımıza müraciət etdilər, çətin vəziyyətdə qalan Azərbaycan vətəndaşlarımızın səfirlikdə yaradılan qaynar xəttə zəng vurmalarını xahiş etdilər. Bir neçə nəfər çətin vəziyyətdə olan vətəndaşlarımızla bağlı qaynar xəttə zəng vurduğumuz zaman göstərilən diqqət və qayğı əsl dövlətimizə yaraşan davranış idi. Bütün dünya olaraq çətin günlər keçiririk. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi dövlətimiz insan kapitalına böyük önəm verir. Bunu biz cənab səfirimizin şəxsində bir daha gördük. Özəlliklə son bir həftə ərzində Türkiyədə təhsil alan tələbələrə dəstək vermələri, çətin durumda olan vətəndaşlarımıza olunan yardımlar mənim yadıma Ulu öndər Heydər Əliyevin hər zaman söylədiyi məşhur kəlamını saldı: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Mən də bu çətin günlərdə həm öz adımdan, həm də idarə heyətində olduğum ANKA Der Anka Azərbaycan Dərnəyi adından həm hörmətli səfirimizə, eyni zamanda bütün xarici işlər korpusu əməkdaşlarımıza səmimi qəlbdən təşəkkür edir, işlərində uğurlar arzulayıram”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...