"Bizim borcumuz Prezidentimizin gördüyü işlərə dəstək olmaqdır” ÖZƏL-MÜNASİBƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Elman Məmmədov bunları deyib: “Mən cənab Prezidentin sözügedən müəssisənin açılışındakı nitqinə diqqətlə qulaq asdım. Ölkə başçısı çıxışında bir çox məqamlara aydınlıq gətirdi. Cənab Prezidentin bütün dediklərinin kökündə yalnız bir məsələ dururdu. Bu hər şeyin vətəndaşlarımız, hər şeyin Azərbaycan insanı üçün olması idi. Yəni dövlət başçımızın rəhbərliyi altında nə işlər görülürsə, hamısı Azərbaycan vətəndaşının sağlamlığı, rifahı, yaşaması, Azərbaycanımızın inkişafı və gələcəyi üçündür. Belə bir dar məqamda, gərgin vaxtda o qədər çox böyük həyati əhəmiyyəti olan bu cür müəssisənin qısa müddətdə istifadəyə verilməsi ondan xəbər verir ki, ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi altında hər şey etməyə qadirdir. Koronovirus bəlası başlayan gündən müəyyən tibbi, qoruyucu ləvazimatların çatışmazlığı hiss olunmağa başladı. Həmin müəssisənin açılışı onların bir qisminin qarşısını almaq üçündür. Təbii ki, orada təkcə tibbi maska istehsal olunmayacaq. Başqa qoruyucu tibbi vasitələr də istehsal olunacaq. Bundan öncə dizenfeksiyaedici antiseptik materialların istehsalına başlanmışdı. Artıq onun qıtlığı aradan qalxıb. Bunların hamısı bizə bir daha onu deməyə imkan verir ki, cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz, hökumətimiz əhalimizin, Vətənimizin, millətimizin keşiyindədir və qayğısını çəkir. Bizim də borcumuz cənab Prezidentimizin gördüyü bu nəhəng, müqəddəs işlərə kömək verməkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...