Bu gün ölkənin bəzi rayonlarında təbii qaz verilişində fasilələr yaranacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bu gün saat 10:00-dan 17:00-dək Goranboy qazpaylayıcı stansiyasından gedən 273 mm-lik orta təzyiqli qaz kəmərində də təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Goranboy şəhərinin, eləcə də rayonun Qızılhacılı, Nərimanlı, Zeynallı, Balakürd və Rəhimli kəndlərinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB