"Operativ qərarvermə, icraetmə modelinin effektivliyi özünü göstərir" ÖZƏL-MÜNASİBƏT

"Avropa ölkələrinin təcrübəsi göstərir ki, COVİD-19-un bu ölkələrdə ciddi təlatümlər yaratmasının səbəblərindən biri də hadisələrə operativ reaksiya verə bilməmələri ilə bağlıdır". Bunu SİA-ya Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Sədrin sözlərinə görə, əhalininin sosial izolyasiyasını operativ şəkildə təşkil edə bilmədilər, dezinfeksiya məhsulları, xəstələrin müalicəsini təmin etmək baxımından çevik qərarlar verə bilmədilər: "Hələ də dezinfeksiya məhsulları, qoruyucu vasitələr, tibbi ləvazimatlar və sair üçün qonşu ölkələrə müraciət edirlər, yardım axtarırlar. Bir sözlə pandemiyaya qarşı mübarizədə daxili infrastrukturu qura bilmirlər.

Azərbaycanı bu baxımdan digər ölkələrdən fərqləndirən cəhətlər var. Operativ qərarvermə, operativ icraetmə modelinin qurulmasının effektivliyi özünü göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və Qərargah vasitəsilə atılan addımlar da bu qəbildəndir. Azərbaycan dövləti çox qısa zaman kəsiyində pandemiyaya qarşı mübarizə üçün səfərbər oluna bildi. Əhalinin sosial izolyasiyası təşkil edildi, qısa zaman kəsiyində yenixəstəxanalar quruldu. Bu mərhələdə xarici yardımdan asılılığı aradan qaldırmaq məqsədilə yerli infrastruktur quruldu. Artıq dezinfeksiya məhsulları və qoruyucu vasitələr ölkədə istehsal olunur. Prezident İlhamƏliyev və Birinci xanımMehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir ki, bunun da 1,2 milyon manatı güzəştli kredit kimi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödənilib.

Proses davam edir. Azərbaycan dövləti və dövlət başçısı hadisələrə çevik reaksiya verməklə, işi operativ təşkil etməklə, əhalinin bu mərhələdən ziyansız çıxmasını təşkil etməyə çalışır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə