Afrikadan gələn qaçqınlara Şengen vizası verən İtaliya ilə Avropa Birliyi arasındakı gərginlik artır.
SİA-nın xəbərinə görə,Şimali Afrikadan qaçaraq Lampedusa adasına sığınan qaçqınların Avropa Birliyinə üzv ölkələr arasında bölüşdürülməsini istəyən İtaliya bu tələbinə adekvat cavab ala bilmir.
Ada xalqının etirazlarından sonra İtaliyanın quru ərazisinə daşınan qaçqınlara Şengen vizası verilməsinə başlanıb.
Altı aylıq müvəqqəti qeydiyyat izni verən bu viza sayəsində qaçqınlar bütün Avropa ölkələrinə səyahət edə biləcəklər.
Almaniya başda olmaqla bəzi Avropa ölkələri 20 min civarında qaçqına 6 aylıq oturma izni verilməsinə sərt reaksiya verib.
Almaniya bu qərarın AB ölkələri arasında sərbəst keçidi təmin edən Şengen sazişinin ruhuna zidd olduğunu bildirib.
İtaliyanın xarici işlər naziri Roberto Maroni isə qaçqın böhranının Avropa Birliyinin həqiqi ortaqlıq, yoxsa yalnız coğrafi termin olduğunu ortaya qoyacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB