«Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat şöbələrinə ictimai nəzarət» layihəsinin icrasına başlanılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01 aprel 2011-ci il tarixindən – 01 avqust 2011-ci il tarıxinə kimi həyata keçiriləcək "Tibbi Sosial Ekspert Komissiyalarına və Sosial-Təminat şöbələrinə ictimai nəzarət" layihəsinin icrasına başlayıb.
SİA-nın verdiyi məlumata görə, artıq layihənin icrası ilə əlaqədar adiyəti nazirliklərə və icra orqanlarına rəsmən yazılı surətdə məlumat verilib.
Layihənin əsas məqsədi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Həkim Əmək Ekspertiza Komossiyasınında, HƏEK-nın zona şöbələrində və sosial müdafiə mərkəzlərində "Ünvanli dövlət sosial yardımı haqqinda" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunlarının aidiyyəti orqanlar tərəfindən tətbiq olunmasına monitorinq apararaq əlil vətəndaşların və aztəminatlı ailələrin pensiya və sosial problemlərinni həllinə köməklik göstərməklə ictimai nəzarəti gücləndirməkdir.
Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti, Səhiyyədə İctimai Nəzarət Komissiyasının sədri Sərraf Oruc komisiyanın adından danışaraq qeyd edib ki, son günlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev əhaliyə müraciət edərək vətəndaşları dövlət qurumlarındakı korrupsiya, rüşvət və süründürməçiliyə qarşı mübarizədə fəal olmaları haqqında verdiyi tövsiyələr bizim fəaliyyətimizə böyük dəstək oldu.
Prezidentin korrupsiya, rüşvət və süründürməçiliyə qarşı apardığı mübarizə əsasən bu sahədə əziyyət çəkən aztəminatlı ailələri çox sevindirir.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi: "Bu, dövlət başçısının iradəsidir, ölkə başçısının bilavasitə bu məsələ ilə başladığı siyasətin mahiyyətidir, Azərbaycanda korrupsiyaya qarşı mübarizə belə neqativ hallar tam aradan qalxanadək davam etdiriləcək".
Səhiyyədə İctimai Nəzarət Komissiyası da öz növbəsində vətəndaşların tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllində yaxından kömək etmək məqsədi ilə Respublika Mərkəzi Tibbi Sosial Ekspertiza Komissiyasının, Zona TSEK-ının və Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Mərkəzlərində fəaliyyət göstərən komissiyalarının tərkibinə ictimayyətin nümayəndəsi kimi Səhiyyədə İctimai Nəzarət Komissiyası tərəfindən seçilmiş nümayəndələrin daxil edilməsini əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova ünvanladığımız məktubda bildirmişik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB