Gəncə şəhərində "Kiçik və orta sahibkarlar üçün məsləhət mərkəzi" mövzusunda müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə ATƏT-in Bakı ofisinin nümayəndələri ilə bərabər Korrupsiyaya Qarşı Mübarizə Forndunun rəsmiləri, İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyinin mütəxəsissləri və 40-a yaxın sahibkar iştirak edib.
Müzakirlərdə əsasən iş adamlarının üzləşdikləri çətinliklər, bəzi dövlət qurumları ilə yaranan anlaşılmazlıqlar və korrupsiya məsələləri gündəmə gətirilib. Bildirilib ki, son dövrlər korrupsiya halları azalsa da, bəzi sahələrdə xoşagəlməz faktlara rast gəlinir. Sahibkarlar arasında aparılan sorğu göstərib ki, iş adamları əsasən gömrük lisenziyalarının alınması və sair sahələrdə korrupsya ilə üzləşirlər.
Müşavirədə bu cür hallara qarşı mübarizəni gücləndirmək üçün sahibkarlara hüquqi məsləhətlər verilib və qaynar xətlərə zəng vurmaları tövsiyə olunub.
Analoji tədbirin qərb bölgəsinin digər rayonlarında da təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB