Milli Məclis çox önəmli məsələni müzakirə etdi

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, təklifə edilən dəyişikliyə əsasən, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Sənədə təklif edilən dəyişiklik 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra təklif edilən dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...