"Vətəndaşlardan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər" ÇAĞIRIŞ

"Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Əsgərov bildirib ki, artıq bir çox dövlətlər bu virusa qarşı mübarizəyə başlayıblar: "Biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə, bunun qarşının ala bilmərik. Ona görə də hazırki vəziyyətdə apreldə olan çağırış mayın 30-qədər uzadılır".

O qeyd edib ki, bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır: "Azərbaycanda qabaqlayıcı tədbirlər nəticəsində digər ölkələrdən fərqli olaraq virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə