Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional tədbir keçirilib

Gəncədə yanğın təhlükəsizliyi ilə bağlı regional tədbir keçirilib

Gəncə şəhərində "Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirə keçirilib. Tədbir Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşları tərəfindən düzənlənib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, yığıncaqda meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət, qurumun texnikası, meşə mühafizəsi, yanğın zamanı zəruri hərəkətlər və s. haqqında danışılıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudaverdiyev dənli, texniki bitkilərin yığılması, daşınması və saxlanılması dövründə qabaqlayıcı işlərdən bəhs edib.

Bildirilib ki, 2010-cu ildə respublikanın fermer təsərrüfatlarında 48 hektar ərazidə 15 yanğın hadisəsi baş verib. Bundan əlavə meşə massivlərində 17 yanğın hadisəsi qeydə alınıb. Bununla da Meşə Fonduna 1,840 manatdan artıq ziyan dəyib.

Tədbirdə, həmçinin qarşıda duran vəzifələrdən söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə