Siyasi ekspert: “Minsk qrupunun apardıqları danışıqların səmimiliyinə inamım getdikcə yox olur”
ATƏT-in Minsk qrupunun Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarının geri qaytarması istiqamətində apardıqları danışıqların səmimiliyinə inamım getdikcə yox olur. Politoloq Cümşüd Nuriyev hesab edir ki, ATƏT yarandığı müddətdən bu günə qədər hansısa bir münaqişəni həll edə bilməyib, yəni qurumun gündəliyinə daxil olan hər hansı bir məsələ əslində vəziyyətin stabil saxlanılmasına yönəlib: "Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin vəzifəsi yalnız vaxtı uzatmaqla məhdudlaşır. Belə ki, Beynəlxalq təşkilatların, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aparıcı funksiyanı üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi əslində Azərbaycanın problemin sülh yolu ilə həllinə ümidlərini tükəndirməklə yanaşı, eyni zamanda, müharibə variantını da qaçılmaz edir. Çünki, münaqişənin iki tərəfi var: işğalçı və işğala məruz qalan tərəf. Münaqişə tərəflərindən birinin ərazisi işğal olunub, 20 faiz torpaqları digər münaqişə tərəfi - Ermənistan tərəfindən işğal altında saxlanılır və təcavüzkar ölkə beynəlxalq birliyin bütün tələblərinə sayğısızlıq nümayiş etdirir. Belə olan halda, beynəlxalq təşkilatlar sülhə necə nail ola bilərlər?"
Politoloq hesab edir ki, sülhə nail olmağın isə iki variantı var. Birincisi, beynəlxalq təşkilatların da bir çoxunun ifadə etdiyi kimi, Azərbaycanı yaranmış siyasi reallıqlarla barışmağa, belə demək mümkünsə, Azərbaycanı məğlubiyyətlə barışmağa sövq etmək. Bu da ümumiyyətlə, mümkün variant deyil. İkincisi, münaqişənin sülh yolu ilə həllinin yeganə mümkün variantı beynəlxalq güclərin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistana işğal etdiyi ərazilərdən geri çəkilməklə bağlı təzyiq etməsidir: "Təəssüf hissilə qeyd etmək lazımdır ki, bu gün Ermənistana qarşı təzyiqləri görmürük. Münaqişənin həlli ilə bağlı ən obyektiv mövqe sərgiləyən beynəlxalq təşkilatlar belə özünü müəyyən dərəcədə münaqişənin həllindən kənarda saxlayır və münaqişənin həll olunmamasının bütün məsuliyyətini Minsk qrupunun üzərinə atır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB