Ermənilər ABŞ-dan niyə narazıdırlar? LOBBİ MƏĞLUBDUR!

Ermənilər ABŞ-dan niyə narazıdırlar? LOBBİ MƏĞLUBDUR!

Ermənistanın "Qolos Armenii" nəşri yazır ki, ABŞ-ın erməni araşdırmaları mərkəzinin direktoru Suren Sarqsyan özünün Facebook səhifəsində Amerikanın "Artsaxa" (dırnaqlar bizimdir-red.) uzun illər göstərdiyi yardımı dayandırmaq üzrədir. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni lobbisinin və konqresmenlərin son aylarda göstərdikləri fəal səylərinə baxmayaraq, ABŞ-ın "Arsaxa" yardımının davamiyyətliyini qorumaq mümkün olmadı. Sarqsyan həmçinin bildirib ki, bütün bunlar məhz Azərbaycan lobbisinin apardığı davamlı işinin nəticəsidir.

Maraqlı məqamlardan biri də budur ki, artıq ermənilər işğal altındakı torpaqlarımızın geri qaytarılması reallığı ilə də barışmalı olacaqlar. Belə ki, Sarqsyan sözügedən statusunda Vaşinqtonun "Artsaxa" yardım proqramının yerinə "əhalinin sülhə hazırlanması" proqramı tətbiq edə bilər.

Xatırladaq ki,, ABŞ Ermənistandan başqa yeganə ölkələrdəndir ki, son 23 ildə dövlət büdcəsindən heç bir ölkə tərəfindən tanınmayan "Artsaxa" maliyyə yardımı göstərib. Belə ki, 1997-2013-cü illər ərzində Vaşinqton tanınmayan "respublikaya"

150 milyin əvəzsiz yardım göstərib, 2009-cu ildə isə həmin məbləğ 10 milyon dolları təşkil edib. Lakin Azərbaycanın səyləri nəticəsində həmin məbləğ get-gedə azalıb və nəticədə ümumiyyətlə yardımın verilməsi məsələsinə son qoyulmaq üzrədir.

"Ağ evin müvafiq qərarının səbəbləri barədə də fikir bildirən Sarqsyan qeyd edib ki, Tramp administrasiyası üçün ABŞ-a strateji əhəmiyyət kəsb etməyən ölkələrə maliyyə yardımı göstərmək maraqlı deyil. Azərbaycan və Türkiyə lobbiçiləri fəal şəkildə iş görüblər, bizim hakimiyyət isə təəssüf ki, bu istiqamətdə kifayət qədər effektsiz işləyiblər ki, maliyyəni qoruyub-saxlasınlar", deyə o bildirilir.

Bu məsələnin hansı məcraya doğru yönələcəyi barədə sualı cavablandıran amerikaşünas erməni bildirib: "Təbii ki, bu təhlükəli tendensiyadır. Zərbaycana isə Əgər bizim yardımımızı birdəfəlik azaltsalar, Azərbaycanın isə hərbi sferasına iki ilə 100 milyon dolları ayrılırsa, bu barədə mütləq düşünmək lazımdır".

Qeyd edək ki, ermənilər bununla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ icmasının fəallaşması reallığından da narahat olmağa başlayıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə