Natiq Cəfərli partiyadaşı olan deputat Erkin Qədirliyə görə AXCP və “Milli Şura”ya qarşı hücuma keçdi
“REAL” partiyasının funksioneri Erkin Qədirlinin parlamentə deputat seçilməsi hələ də AXCP sədri Əli Kərimlini dinc oturmağa qoymur. Daha dəqiq desək, onun həm AXCP-dəki, həm də “Milli Şura”dakı trolları sosial şəbəkədə “REAL”a qarşı hücumlarını daha da artırıblar.
Onu da xatırlatmaq olar ki, əslində hər iki siyasi təşkilat “liderləri” arasında gedən savaş indi başlamayıb, bu savaşın köklü səbəbləri də var. Çünki özlərini “cümhuriyyətçi” adlandıran “REAL” üzvləri ilə “aşırı sağçı” olan AXCP-çilər arasında siyasi baxış fərqləri də mövcuddur.
Əli Kərimli və ətrafı E.Qədirlini mandatdan imtinaya çağırır
Başqa tərəfdən, daha bir fakt budur ki, “Milli Şura”nın mitinqləri zamanı “REAL” təmsilçiləri həmin mitinqlərə qatılmaqdan imtina ediblər və partiya sədri İlqar Məmmədov azadlığa çıxandan sonra bir dəfə mitinqə qatılıb və ondan sonrakı aksiyaları rədd edib.
Beləliklə, tərəflər arasında yaranan qarşıdurma da belə deməyə əsas verir ki, AXCP bütövlükdə hər hansı müxalifət partiyasının yarım addım belə, irəli getməsinə razı deyil və bunun müqabilində özünü düşərgənin “ana müxalifəti” kimi sırıyır. Üstəlik, Ə.Kərimli və ətrafı E.Qədirlini mandatdan imtinaya çağırır, eyni zamanda guya saxta yolla seçildiyini iddia edirlər. Bu planlarının da təsirsiz olduğunu görəndən sonra “REAL”çı deputatı ələ salır və onu məsxərəyə qoyurlar.
Erkin Qədirli: “Ciddi məlumatları şit zarafata çevirirlər”
Əlbəttə ki, E.Qədirli də boş dayanmır və sosial şəbəkə vasitəsi iə ona hücum planı qurmuş kərimovçulara cavab verir. Məsələn, “Sosial şəbəkələr və digər məlumat məkanları yoxlanılmamış, təxribatsayağı yalan məlumatlarla doludur. Ciddi məlumatları şit zarafata çevirirlər. Yalanın qarşısına həqiqətlə çıxmaq lazımdır. Ən çətini inandırıcılıqdır”, yazan müxalifətçi deputat onun hər hansı fikirlərinin də cəbhəçi trollar vasitəsi ilə təhrif edildiyini bildirir.
“Bir kiçik xor qrupu var, partiya nə etsə, eyni mövqedən qərəzli çıxış edəcək… Amma getdikləri qısa yoldur və dalana dirənəcək”
Lakin Ə.Kərimliyə və ətrafında daha sərt cavab verənlərdən digəri – “REAL”ın icraçı katibi Natiq Cəfərli olub. Onun sözlərinə görə, onlar sayca azdırlar, amma mərəkə qoparmağa çalışırlar. N.Cəfərli hesab edir ki, bu, həm partiyaya, həm E.Qədirliyə olan qərəzli münasibətin göstəricisidir. “Biz işimizlə, siyasətlə məşğuluq”, deyə qeyd edən Cəfərli real işlə məşğul olduqlarını bildirib: “Biz siyasətlə məşğuluq, bəziləri qeyr-ciddi işlər görürlər. Onların bir hissəsi xaricdə yaşayır, bəziləri siyasi təşkilatların üzvləridir. Onların gözləmədiyini Erkin Qədirli dilə gətirir. Ona görə də bütün bu mənzərə üzücü haldır", - deyə partiya rəsmisi bildirib.
Söz yox ki, ortada qeyri-sağlam yanaşma da var və bu yanaşmaların məhz Ə.Kərimliyə və ətrafında aid olduğuna eyham vuran N.Cəfərli daha sonra yazıb: “ Ancaq bəziləri savadsızdır, sözləri başa düşmürlər. Bir kiçik xor qrupu var, partiya nə etsə, eyni mövqedən qərəzli çıxış edəcək… Amma getdikləri qısa yoldur və dalana dirənəcək”.
Beləliklə, qarşıdurmalar fonunda davam edə söz atışmaları bu gün də davam edir, ancaq bu qarşıdurmalardan Ə.Kərimlinin uduzan tərəf kimi dala çəkiləcəyi də əslində gözləniləndir. Çünki ondan fərqli olaraq, konstruktivlik mövqeyi sərgiləyən “REAL” partiyası son anda ona hücum edən AXCP və “Milli Şura”ya qarşı radikal planlar da icra edə bilər. Misal üçün, məhkəmələrə müraciət edərək, onların təhqir olunmasını, sosial şbəkələrdə təhqir obyektinə çevirldiklərini deyib, qarşı tərəfi susdura bilər. Görünür, hadisələr də məhz həmin məcrada inkişaf edir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB