"Frankfurter Rundschau”: “Qarabağda spiralvari atəşkəs rejiminin pozulması sonda açıq müharibəyə gətirib çıxara bilər”

"Frankfurter Rundschau”: “Qarabağda spiralvari atəşkəs rejiminin pozulması sonda açıq müharibəyə gətirib çıxara bilər”

Gürcüstanda baş verən müharibənin dünyanı sarsıtmağından üç il keçməsinə baxmayaraq Qafqaz yeni hərbi əməliyyatların poliqonuna çevrilə bilər. Bu isə Avropanın təhlükəsizliyinin sual altında qalmasına gətirib çıxara bilər. SİA-nın xəbərinə görə, bu sözlər Almaniyanın məşhur qəzeti olan "Frankfurter Rundschau"da dərc olunan məqalədə yer alıb. Məqalədə deyilir: "Eyni zamanda Avropa Birliyi kənarda durub vəziyyəti izləməklə məhdudlaşır. Avropanın enerji resursları ilə təmin edəcək "Nabucco" layihəsinin əsas donorlarından biri Azərbaycan isə silahlanmaqda davam edir. Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitin 30-40 faizi hərbi potensialın və silah arsenalın maksimum dərəcədə çoxaldılmasına yönəlib. Son göstəricilərə nəzər salsaq, rəsmi Bakı hərbiyə ayrılan vəsaiti 45 faiz artıraraq 3 mlrd dollara yaxınlaşdırıb. Eyni zamanda isə Azərbaycan aydın formada Ermənistanı hərbi əməliyyatlara başlaması ilə bağlı təhdidlər edir. Deməli, 1994-cü ildə əldə olunan atəşkəs zəifləməkdə davam edir. Çünki təmas xəttində baş verən son hadisələr hər iki tərəfin itkisi ilə məhdudlaşmayacaq. Belə ki, spiralvari atəşkəs rejiminin pozulması sonda açıq müharibəyə gətirib çıxara bilər. Bu isə təhlükənin yaxınlaşmasına dəlalət edir".

 

Məqalədə müəllif qeyd edir ki,: "Əsasən hər iki tərəfin hərbi arsenalın genişlənməsi fonunda münaqişənin həlli Qərbin marağında olmalıdır. Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli qısa müddətdə öz həllini tapsa, nəticələr Gürcüstanda baş verən hadisələri kölgədə qoyacaq. Belə ki, katostrafik nəticə Qərbə baha başa oturacaq. Eyni zamanda Türkiyənin də Qafqazda baş verənlərə müdaxiləsi baş verəcək. Bəzi ekspertlər hesab edir ki, bu zəmində radikal islamçı qüvvələr mövcud olan qarışıqlıqdan istifadə edərək müəyyən terror aktları törədəcək. Bu isə stabilliyin aradan qalxmasına və nəticəsi bəlli olmayan hadisələrə gətirib çıxaracaq. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan islam dövləti olsa da ölkə daxilində radikal islamın mövcudluğu yoxdur. Çünki sovet dəyərləri hələ də qorunur. Ona görə də radikal islamın çox geniş vüsət alması da real görsənmir".

 

Məqalə müəllifi həmçinin dərc etdiyi yazıda öz həllini tapmayan münaqişələrin ölkələrdə demokratikləşməni ləngitdiyini vurğulayıb. Məhz bu fonda Avropa Birliyi və beynəlxalq təşkilatlar dərhal fəaliyyətə başlamalı və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunu həmsədr ölkələri regiona olan münasibətdə ikili standartlara son qoymalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə