AXCP sədrindən və “Milli Şura” dirijorundan daha çox bloqer təsiri bağışlayan Əli Kərimli artıq bir neçə gündür ki, sosial şəbəkədə dünyada baş verən böhranı qoyub bir kənara, guya Azərbaycanda COVİD-19-a görə böhranın yaşandığını iddia edir. Halbuki, bu gün Avropada tüğyan edən virus səbəbi ilə ərzaq marketlərində qıtlıqlar yaşanır, ümumiyyətlə, insanlara lazım olan bir sıra məhsullar tapılmır.
Ancaq digər tərəfdən, onun xəbəri ola-ola ki, ailəsinin yaşadığı Britaniyada ciddi qıtlıq yaşanır, o yenə də dizinə-başına döyüb, sözün əsl mənasında siyasi ləçərlik edir. Məgər Ə.Kərimli bilmirmi ki, Britaniya sakinləri hətta tualet kağızına olan tələbatını oyun aparatları ilə təmin edirlər. Hətta, deyilənə görə həmin aparatdan tualet kağızı çıxarmaq üçün 100-120 kilometrlik yol qət edənlər də var!
Belə bir vəziyyəti Əli Kərimli Azərbaycanda görə bilməz
Bu, nə qədər sarkazm olsa da, AXCP sədrinə anlamalıdır ki, yaşadı dövlətə ləkə, böhtan atmaq xəyanətdir. Düzdür, o ümumiyyətlə bunu anlamır və bilmir ki, dövlət, dövlət marağı, onu müdafiə etmək nə deməkdir...
Yeri gəlmişkən, koronavirusla əlaqədar amerikalılar da ərzaq və digər məhsulları almaq üçün 2.5 kilometrlik növbədə dayanmalı olurlar. Belə bir vəziyyəti Ə.Kərimli Azərbaycanda görə bilməz. Hətta bunu ermənilər qədər istəsə belə.
Lakin daha bir sual yaranır... AXCP sədri niyə demir ki, Donald Tramp amerikalılara düşmən kəsilib, onların ərzağını kəsir, qida təhlükəsizliyini təmin etmir? Niyə iddia etmir ki, ABŞ-da dövlət xalqın yaşamaq və s. hüquqlarını əlindən alır?
COVİD-19-dan sonra bu cür viruslara qarşı da vaksin tapıb, tətbiq etmək lazımdır
Əslində deyə də bilməz! Çünki, ABŞ-ın dövlət Departamenti dərhal, Ə.Kərimlinin qrantını kəsər, gül balası Türkeli, eləcə də qeyri-rəsmi mətbuat katibi Sevinc Osmanqızını da oturzurar “lödkəyə” və okeanın o tayından bu tayına yollayaq ki, bir də geri qayıtmasınlar.
Yeri gəlmişkən, artıq siyasi arenada Ə.Kərimli haqqında bənzətmələr də yaranıb. Bu gün o, Azərbaycan müxalifətinə və bütünlüklə siyasi çevrəsinə yoluxmuş koronavirusdur. Görünür, COVİD-19-dan sonra bu cür viruslara qarşı da vaksin tapıb, tətbiq etmək lazımdır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB