YAP gənclər təşkilatlarının rəhbərləri üçün treninqlər keçiriləcək
Yeni Azərbaycan Partiyası (YAP) gənclər təşkilatlarının rəhbərləri üçün treninqlər keçiriləcək. SİA-nın məlumatına görə, YAP Xətai rayon təşkilatında keçiriləcək treninqlər bu gündən başlayaraq 3 gün davam edəcək və hər qrupda 20 nəfər olacaq.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan sürətlə inkişaf etdiyindən yeni informasiya texnologiyalarına yiyələnmək vacibdir. O, qeyd edib ki, keçiriləcək treninqlərdə YAP gənclər təşkilatları sədrlərinə sosial şəbəkələrlə işləmək, yeni proqramlar, həmçinin yeni texnologiyalara yiyələnmək üsulları ilə bağlı məlumat veriləcək.
XXI əsrin informasiya əsri olduğunu bildirən S.Orucov qeyd edib ki, ölkənin fəal gənclərinin əhəmiyyətli hissəsini təşkil edən YAP gəncləri yeni texnologiyalara uyğun olaraq daha da təkmilləşməli, intellektual səviyyələrini artırmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB