Gürcü baş nazir koronavirusa meydan oxudu

Gürcü baş nazir koronavirusa meydan oxudu

“Gürcüstan epidemiyanın xaricdən gətirilməsi mərhələsindən yayılması mərhələsinə keçid alıb”. SİA qruziya online-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Gerorgi Qaxariya keçkirdiyi birfinqdə bildirib.

Onun sözlərinə görə, infeksiyaya yoluxanların sayı artacaq və ölkə buna hazır olmalıdır, ilk növbədə isə səhiyyə sistemi. Sitat: “Bizdə yaxşı məlumatlar var - xəstəxanadan ilk sağalan pasient evinə buraxılıb. Lakin buna baxmayaraq, o izolə olunub. Biz bu uğura görə tibb işçilərinə və səhiyyə əməkdaşlarına minnətdar olmalıyıq. Lakin bu o anlamı vermir ki, artıq rahat nəfəs almalıyıq. Əskinə, biz bu gün açıq-aydın deməliyik ki, virusun qarşısının alınması ilə bağlı yaradılmış Şuranın effektiv işinə baxmayaraq, infeksiyanın artması və yayılması mərhələsinə keçid edirik. Bu o deməkdir ki, infeksiyaya yoluxma halları artacaq”.

“Bu, obyektiv reallıqdır vı buz bunu açıq deməliyik”, qeyd edən gürcü baş nazir əlavə edib ki, prosesə yanaşma tərzi dəyişdirilməlidir: “İlk növbədə səhiyyə sistemi pasientlərin artımına və onların xidmətində dayanmağa hazır olmalıdır. Artıq bu gün təlimatlar verilib və səhiyyə sistemi çox yaxşı vəziyyətdədir ki, müvadiq çağırışlara adekvat cavab versin. Biz virusla mübarizədə birinci etapı məhdudlaşdırmaq üçün effektli iş apardıq. İndi isə, çağırışların sayı çoxalıb və biz deməliyik ki, hökumətin buna cavabı sərt olacaq”.

Qeyd edək ki, hazırkı halda Gürcüstanda 34 nəfər infeksiyaya yoluxub. Onlardan bir nəfər artıq sağalıb və üçüncü pasientin təkrar testi yoxlanılır. Karantin rejimində 1008 nəfər saxlanılır. Stansionar müalicə də isə 64 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə