Hikmət Babaoğlu: "Biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik"
“Koronovirus infeksiyası dünyanın 162 ölkədə yayılıb. Ancaq çox sevindirici haldır ki, Azərbaycanda bu virus az yayılıb. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, virusla yanaşı informasiya pandemiyası da təhlükəlidir: “İnsanlara vaxtında və düzgün məlumat yayılmalıdır ki, panikaya yol verilməsin. Tibbi ləvazimatların möhtəkirliyi ilə məşğul olan ayrı-ayrı qruplar ifşa olundu”.
H.Babaoğlu söyləyib ki, biz ictimai münasibətlərdə məsuliyyət məsələsini önə çəkməliyik: “Azərbaycanda ictimai gigiyeniya məsələsi yüksəkdir. Azərbaycan xalqı bu virusla mübarizədə özünü səfərbər etməyi bacardı. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar öz evlərini həmin ölkələrdə olan həmvətənlərinə təklif etdilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB