"Partiyamız beynəlxalq səviyyədə təmsil olunur" ÖZƏL - AÇIQLAMA

"Partiyamız beynəlxalq səviyyədə təmsil olunur" ÖZƏL - AÇIQLAMA

"Partiyamız artıq beynəlxalq səviyyədə də təmsil olunur. Avropa Şurası Parlament Assambleyasında partiya rəhbəri kimi mən də təmsil olunuram. Bu da həmçinin partiyanın təmsilçiliyi də deməkdir". Bu sözləri SİA-ya açıqlamasında Böyük Qurtuluş Partiyasının (BQP) qurucusu və sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda partiyaların fəaliyyəti və fəalığı səviyyəsi ilə bağlı danışarkən deyib.

Azərbaycanda Respublikasında 55 siyasi partiya dövlət qeydiyyatına alınsa da, onların böyük qismi fəaliyyətsizdir və ya məhdud şəkildə fəaliyyət göstərir. Bu barədə danışan və patiya fəaliyyətinin lazımı qaydada davam etdirildiyini vurğulayan BQP-nin sədri bildirib ki, başçılıq etdiyi partiya Parlamentdə təmsil olunur, həm də özünün ayrıca təbliğatı ilə məşğul olur: "Partiya həm Parlamentdə təmsil olunur, həm özünün təbliğatını aparır və bununla bağlı partiyamızın sayıtı da mövcuddur. Partiyamız xüsusi olaraq, üzvləri ilə və rayon təşkilatları ilə əlaqə qurma imkanlarına sahibdir. Partiyamız artıq beynəlxalq səviyyədə də təmsil olunur. Avropa Şurası Parlament Assambleyasında partiya rəhbəri kimi mən də təmsil olunuram. Bu da həmçinin partiyanın təmsilçiliyi də deməkdir. Eyni zamanda bir sıra beynəlxalq əlaqələrə də malikik. Bütövlükdə partiya üzvlərinin böyük əksəriyyəti bələdiyyə seçkilərində iştirak edib, həmçinin, bələdiyyədə təmsil olunan üzvlərimiz də var. Dairə Seçki Məntəqəsi Seçki Komissiyalarında, Mərkəzi Seçki Komissiyasında təmsil olunan üzvlərimiz də mövcuddur. Bunların hamısı ictimai-siyasi həyatda aktiv rol aldığımızı göstərir".

Deputat Fazil Mustafa partiyanın gələcək fəaliyyəti ilə bağlı danışarkən əlavə edib ki, may ayında partiyanın qurultayı keçirilməlidir: "Qurultaya qədər Təşkilat Komitəsi yaradılıb. İndi bütün hazırlığımız qurultaya tərəf yönəlib. Koronavirusla bağlı müəyyən proseslər bizə mane olmasa, may ayında qurultayımızı keçirəcəyik. Əgər alınmasa da qurultayı daha sonraya ertələyəcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə