Azərbaycanın Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb

Azərbaycanın Türkiyə səfirliyində “qaynar xətt” yaradılıb
Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılmasından sonra Azərbaycan Respublikasının Türkiyə səfirliyində "qaynar xətt" yaradılıb. Səfirlikdən SİA-ya verilən xəbərə görə, məqsəd Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşların Səfirliyə müraciətlərinin operativ şəkildə cavablandırılmasıdır. Qaynar xətt nömrəsi: +905372826740-dır

Bütün xəbərlər Facebook səhifəmizdə