Əli Kərimli öz övladlarına da bunu rəva görərdinmi? TƏRS BAXIŞ

Əli Kərimli öz övladlarına da bunu rəva görərdinmi? TƏRS BAXIŞ

Və ya “feminist hərəkatı” adı altında əxlaqsızlıq nümunəsi

Martın 8-də özlərini “feminist” adlandıran, əslində isə əxlaqsızlığı təbliğ edən şüarları ilə ictimai rəydə hiddət doğuran bir qrup təxribatçının dərhal AXCP sədri Əli Kərimli tərəfindən dəstəklənməsi bu gün də günün mövzusu olaraq qalmaqdadır. Hətta sosial şəbəkələrdə belə, Ə.Kərimlinin statusları nəinki pislənir, eyni zamanda lənətlənir. Misal üçün, bu gün ona çoxsaylı suallar ünvanlanır və əlbəttə ki, həmin suallar cavabsız qalır...

Əli Kərimli və ətrafı yalnız əxlaqsızlar yığnağıdırlar və bu cür rədd edilən məsələlərlə “siyasət yürüdürlər

Amma daha bir əsas məsələ ondan ibarətdir ki, Əli Kərimli həyatlarını zəhərlədiyi, onları bu yola zorla itələdiyi, sözün əsl mənasında əxlaqsızlıq virusuna yoluxdurduğu gəncləri “qeyrətli”, “namuslu” adlandırırdı, onlarla fəxr etdiyini dedi və dəstəyini ifadə etdi (?!-R.R.) Görünür, AXCP sədri illərdən bəri ancaq və ancaq əxlaqsızlığı və tərbiyəsizliyi təbliğ edənləri dəstəkləyir. Əgər belə olmasa idi, uzun illər AXCP-nin kuluarlarında, “Azadlıq” qəzetinin redaksiyasında bu gün də dillərdə əzbər olan və günaşırı baş verən əxlaqsızlıq olayları yaşanmaz və ictimailəşdirilməzdi! Yəni bu faktların özü də sübut edir ki, Ə.Kərimli və ətrafı yalnız əxlaqsızlar yığnağıdırlar və bu cür rədd edilən məsələlərlə “siyasət yürüdürlər”.

İctimaiyyət hələ də bu sualın cavabını gözləyir, cürəti varsa, buyursun cavab versin!

Lakin onların üzünə bu rüsvayçılıqlar vurulanda, onlar tənqid ediləndə dərhal sözün düzünü deyənlər təhqir edilir, hətta linç olunacaqları ilə təhdidlərə də məruz qalırlar. Ona görə də, bu gün AXCP sədrinə sual edəndə ki: “Əli Kərimli, Azərbaycan gəncliyinə sırımağa çalışdığın bu cür əxlaqsızlığı, tərbiyəsizliyi öz övladlarına da rəva görürsənmi?”

Söz yox ki, o bu sualı ya cavabsız qoyacaq, ya da nala-mıxa vurub söhbəti başqa səmtə yönəltməyə cəhdlər göstərəcək. Halbuki, fakt göz önündədir. Beləliklə, ictimaiyyət hələ də bu sualın cavabını gözləyir, cürəti varsa, buyursun cavab versin!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə