Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni seçilən deputatlara vəsiqələr təqdim edilib. SİA-nın xəbərinə görə, vəsiqələri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.
MSK sədri çıxış edərək bildirib ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilib: "proseslər tamamilə başa çatıb siz fəaliyyətə başlamısınız. Sizə uğurlar arzu edirik. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq da bu gün sizlərə vəsiqələr təqdim edilir. Sizi ürəkdən təbrik edirəm".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB