Bu gün VI çağırış Milli Məclisin növbəti iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxildir. İclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununlarına dəyişiklik edilməsi (ikinci səsvermə), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı haqqında qanun layihəsi və Milli Məclisin 15 komitəsinin üzvlərinin seçilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB