"Davamlı inkişafın ən vacib aparıcı sütunları gənclərdir" ÖZƏL-MÜNASİBƏT

"Davamlı inkişafın ən vacib aparıcı sütunları gənclərdir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün dünyada ən çox danışılan, dünyanın gələcəyi, davamlı inkişafın ən vacib aparıcı sütunları məhz elə gənclərdir. Çünki bir cəmiyyətin inkişafı, gələcəyi üçün mütləq şəkildə yaxşı, savadlı, bilikli vətənpərvər gənclər lazımdır ki, həmin o cəmiyyət gələcəkdə daha da inkişaf etsin. Bunun üçün vaxtında və zamanında düzgün gənclər siyasəti həyata keçirilməlidir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, gənclərin təhsilə, elmə, peşəyə yiyələnməyinə, fiziki hazırlıqlarına çox ciddi diqqət göstərilməlidir: "Azərbaycan dövləti, hökuməti hər zaman bunu öz diqqətində saxlayır. Ümummilli Lider Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, forumların keçirilməsi, cənab Prezident tərəfindən Gənclər Fondunun yaradılması, Milli Məclisdə Gənclər və İdman komitəsinin yaradılması, Prezident Administrasiyasında Gənclərlə İş şöbəsinin yaradılması ilə institusional olaraq bu məsələlər öz həllini tapmışdır. Bu gün gənclərlə işləyən QHT-lərin sayı 400-ə yaxındır. Artıq Azərbaycanda gənclər fərdi olaraq özləri Gənclər Fonduna müraciət edib layihələr həyata keçirə bilərlər. Bu gün Azərbaycanda 40-a yaxın Gənclər Evi tikilib istifadəyə verilib. Eləcə də gənclərin təhsili ilə bağlı çox işlər görülüb. Ölkə başçısı cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva gəncləri hər zaman diqqət və qayğıda saxlayırlar. Bildiyiniz kimi bu il cənab Prezident tərəfindən ölkəmizdə “Könüllülər ili” elan edilib. Bununla bağlı artıq bir çox ilkin tədbirlər başlayıb. Dünyanın kabusuna çevrilən koronovirusla əlaqədar bu tədbirlərdə bir qədər fasilələr olub. Biz də YAP GB olaraq könüllülər ilinin açılışını etdik. Azərbaycan Prezidenti yeni Milli Məclisin ilk iclasında yenə də gəncləri yaddan çıxarmadı".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə