“Rüsvayçı aksiyanın qadın azadlığı ilə heç bir əlaqəsi yoxdur” RƏY-ÖZƏL

“Rüsvayçı aksiyanın qadın azadlığı ilə heç bir əlaqəsi yoxdur” RƏY-ÖZƏL

"Martın 8-də bir qrup feminist qadın Bakının mərkəzi küçələrinə çıxaraq icazəsiz aksiya keçirmələri və aksiyada milli və əxlaqi dəyərlərimizə zidd olan şüarlar səsləndirmələri, plakatlar qaldırmaları qadın adına ləkədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, belə bir rüsvayçı aksiyanın keçirilməsinin qadın azadlığı ilə heç bir əlaqəsi yoxdur: "Onların xaricidən müəyyən qruplar tərəfindən təhrik edildiyini və maliyyələşdirildiyini güman etmək olar. Amma hesab edirəm ki, Azərbaycanda sabitliyi poza biləcək heç bir qüvvə mövcud deyil".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə