"Hər bir deputat bu məsuliyyəti hiss etməli, var gücü ilə fəaliyyətini aparmalıdır" - Məşhur Məmmədov

"Hər bir deputat bu məsuliyyəti hiss etməli, var gücü ilə fəaliyyətini aparmalıdır" - Məşhur Məmmədov

"Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sistemli, ardıcıl islahatlar kursu həyata keçirilir. Respublikamızda elə bir sfera yoxdur ki, islahatlar onu əhatə etməsin. Sosial, iqtisadi, mədəniyyət, sahibkarlıq, məhkəmə-hüquq sistemində və digər sahələrdə islahatlara start verilib. Xalq bu islahatların bəhrəsini artıq gündəlik həyatında hiss edir". Bu fikirləri SİA-ya millət vəkili Məşhur Məmmədov qeyd edib.

Onun sözlərinə görə, dövlətimizin başçısı, Prezident İlham Əliyev parlamanetə Milli Məclisin VI çağırışının deputatları ilə görüşündə də bu barədə fikirlərini billdirdi, eləcə də sübut olundu ki, yeni tərkibli parlament reallaşdırılan islahatların tərkib hissəsidir: "Ümumiyyətlə, ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir və yeni çağırışda seçilən hər bir deputat bu məsuliyyəti hiss etməli, var gücü ilə fəaliyyətini aparmalıdır. Əbəs deyil ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmənin olması təklifini Prezident İlham Əliyev dəstəklədi və seçkilər kieçirildi. Mən möhtərəm Prezidentimizin bir fikirini xatırlatmaq istərdim. O, vurğulayır ki, islahat ilk növbədə təkamüldür, yeni dövrə uyğunlaşma və tərəqqidir".

"Eyni məntiqlə Milli Məclis də təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olaraq bu addımları atır", deyən millt vəkilinə görə, bununla da islahatlar artıq cəmiyyətimizin bütün sferalarını, o cümlədən parlamenti də əhatə etməklə tam məzmun kəsb edir: "Düşünürəm ki, dövlət başçımızın irəli sürdüyü hər bir fikir, hər bir ideya və tövsiyə bizlərin iş fəaliyyətində kredo olaraq götürülməlidir. Yəni biz birbaşa xalqın seçicisi olaraq, xalqın maraqlarını müdafiə etməli, seçici iradəsinin tələblərinə cavab verməliyik. Ona görə də desab edirəm ki, yeni parlament bütün bunların öhdəsindən layiqincə gələcək, qarşıya qoyulan məqsədlər uğurlu nəticələri ilə öz hədəflərinə çatacaq".

Məşhur Məmmədov Milli Məclisin strukturlarına seçilən yeni üzvlərini də təbrik edib: "Mən, sizin vasitənizlə yeni seçilən millət vəkillərinə, spikerə və vitse-spikerlərə, komitə sədrlərinə uğurlar diləyir, təbriklərimi çatdırıram".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə