Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 7,4 bal təşkil edib. ABŞ Geoloji Xidmətinin isə yaydığı məlumata əsasən, zəlzələnin episentri Yaponiyanın Hönsü adasında yerləşən Sendai şəhərindən 66 km şərqdə qeydə alınıb. Nəticədə, 2 nəfər ölüb, 132 nəfər xəsarət alıb. Bəzi yaşayış evləri dağıntıya məruz qalıb.
Bölgədə sunami təhlükəsinin olduğu bildirilib. Mənbəyə əsasən, zəlzələ nəticəsində Fukusima Daini və Fukusima Daiichi AES-lərinə heç bir ziyan dəyməyib, Miyagi prefekturasında yerləşən Onaqava AES-də isə 5 yerdə radioaktiv su sızması qeydə alınıb, stansiyanı elektrik enerjisi ilə təchiz edən 3 elektrik xəttindən 2-si sıradan çıxıb. Hiqaşidori AES-nin isə enerji təchizatı xətlərinin hamısının sıradan çıxdığı bildirilir. Stansiyada qəza vəziyyətləri üçün nəzərdə tutulmuş alternativ enerji mənbələrindən istifadə edildiyi və təhlükəsizlik tədbirləri çərçivəsində stansiyanın reaktorlarının fəaliyyətinin dayandırıldığı qeyd olunur. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi davam edir.
Xatırladaq ki, son rəsmi məlumata əsasən, cari ilin 11 mart tarixində Miyagi prefekturası yaxınlığında qeydə alınmış 9 bal gücündə zəlzələ nəticəsində 12690 nəfər ölüb, 14736 nəfər itkin düşmüş hesab olunur. Təxminən, 157600 nəfər müvəqqəti sığınacaqlarda məskunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB