İctimai Palatanın növbəti mitinqi aprelin 17-nə təyin olunub

İctimai Palatanın növbəti mitinqi aprelin 17-nə təyin olunub

İctimai Palatanın növbədənkənar sessiyası keçirilib və quruma yeni üzvlərin qəbulu ilə bağlı müraciətlərə baxılıb. SIA-nın məlumatına görə, İP üzvləri ölkədə ictimai siyasi durumu, müzakirəl etdikdən sonra 20-dən artıq şəxs İctimai Palataya üzv qəbul olunub.

İclasda İctimai Palatanın növbəti mitinqinin aprelin 17-nə təyin olunması ilə bağlı təklif səsləndirilib. Təklif qəbul olunub, mitinqin keçirilmə saatı İctimai Palatanın Koordinasiya Şurası tərəfindən müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə