Əli Əhmədov: “Müxalifətin aksiya cəhdləri Azərbaycan xalqının diqqətini cəlb edəcək səviyyədə əhəmiyyətli hadisə deyil” - AÇIQLAMA

Əli Əhmədov: “Müxalifətin aksiya cəhdləri Azərbaycan xalqının diqqətini cəlb edəcək səviyyədə əhəmiyyətli hadisə deyil” - AÇIQLAMA

Azərbaycan müxalifət partiyaları mitinq keçirməkdən başqa bir iş bacarmadıqlarını dəfələrlə sübut ediblər. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov radikal müxalifətin martın 11-i və aprelin 2-dəki aksiya cəhdlərinə, həmçinin aprelin 16-na nəzərdə tutulan aksiyalarına münasibət bildirərkən deyib.

 

Bü günün özündə də radikal müxalifətin fəaliyyətlərinin mitinq keçirməkdən ibarət olması haqqında təsəvvürlərdən və təfəkkürdən uzaqlaşa bilmədiklərini deyən Ə.Əhmədov bildirib ki, bu aksiyalar YAP-ı nə narahat edir, nə də qayğılandırır: "Bu onların siyasi proseslərə və siyasi iştirakçılığa yanaşmalarının təzahürüdür. Bizim qarşımızda daha əhəmiyyətli vəzifələr durur. Yeni Azərbaycan Partiyası inkişaf edir. Partiyanın sıralarında birləşən yüz minlərlə insan prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən abadlıq-quruculuq işinin fəal iştirakçılarıdır. Bu məsələlər ölkəmiz üçün daha əhəmiyyətlidir, digər məsələlərə xüsusi önəm verməyə ehtiyac yoxdur. Bu aksiya cəhdləri nə Yeni Azərbaycan Partiyasının, nə də Azərbaycan xalqının diqqətini cəlb edəcək dərəcədə əhəmiyyətli hadisə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə