YAP Binəqədi rayon təşkilatının fəal gəncləri şəhid analarını təbrik ediblər FOTOLAR

YAP Binəqədi rayon təşkilatının fəal gəncləri şəhid analarını təbrik ediblər FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Binəqədi rayonunda şəhid analarını təbrik ediblər. SİA-nın verdiyi məlumata görə, ilk olaraq Aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Emin Bağırov və Fəxrəddin Qurbanlının ailəsini ziyarət olunub.

Daha sonra gənclər Binəqədi rayonunda İlqar Kərimov, Vüsal Salahlı, Sahib Hüseynovun evlərini ziyarət ediblər. YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Anar Əliyev və fəal gənclər şəhid analarını təbrik ediblər, onlara partiya rəhbərliyinin təbriklərini və xoş arzularını çatdırıblar, qayğıları ilə maraqlanıblar. Ailələr göstərilən diqqət, qayğıya görə öz təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə