“Rusiya ilə Türkiyənin Suriyada siyasi və hərbi müstəvidə yenidən koordinasiyalı fəaliyyət göstərməsi əvvəlki günlərdə olduğu kimi olmayacaq. Soçi razılaşması artıq gündəmdən düşmüş sayıla bilər. Amma burada Türkiyənin siyasi mövqeyi güclənib”. Bu fikirləri SİA-ya açıqlmasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Rusiyanın artıq Türkiyənin bu siyasətini qəbul etdiyini deyən politoloq bildirib ki, Rusiyanın nə qədər yenidən bu anlaşamaya əməl edəcəyi isə sual doğurur: “İdlibdə olan Azad Suriya Ordusunu çıxmaq şərti ilə bir neçə terror təşkilatı var və onların atəşkəsə əməl edəcəyi mümükün görünmür. Ümumiyyətlə İdlibdə nə qədər terror təşkilatı varsa, burada siyasi çözüm olmayacaq. Türkiyənin Suriyada təhülkəsizlik maraqları var. Ankara çalışır ki, burada öz təhlükəsizliyini təmin etsin. Ölkə daxilinə nüfuz edə biləcək terrora son qoysun. Hələki, proseslər davam edir və burada İdlib böhranı yenidən dondurluldu. Demək münaqişənin alovlanma riski qalır. Ona görə də, Rusiya və Türkiyə arasında İdlib mövzusu açıq olaraq qalır. ABŞ bu məsələdə Türkiyəyə dəstək verir və verəcək.
M.Əsədullazadə vurğulayıb ki, Rusiya da Ankara ilə bundan sonra öz siyasətində ehtiyatlı olacaq: “Suriya münaqişəsinin həlli yalnız tərəflərin öz iddialarından əl çəkib azad və sülh içində Suriya olmaqla BMT mandatı altında bu ölkədə demokratik seçki keçirilməsi, islamçıların porsedən uzaqlaşdırlmasından asılı olacaq. Nə qədər ki, belə bir siyasi format qurulmayacaq, Suriyada sülhün əldə edilməsi reallaşmayacaq”.
Onun sözlərinə görə, Türkiyə Suriya münaqişəsində öz maraqlarını təmin etməyincə bu ölkədən çıxmayacaq: “ABŞ və Rusiyanın Suriyada maraqları heç vaxt ortaq olmayacaq və tərəflərin bir-biri ilə mübarizəsi davam edəcək. Çünki Rusiya burada ABŞ üçün geosiyasi rəqibdir və birgə ortaq çalışmaları mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB